Tanınmış jurnalist Aleksandr İvanov son mənzilə yola salınıb
Bakı, 23 dekabr, AZƏRTAC
Tanınmış jurnalist, “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanov dekabrın 23-də son mənzilə yola salınıb.
AZƏRTAC xəbər verir ki, vida mərasimində rəsmi şəxslər, deputatlar, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə Aleksandr İvanovun xidmətlərindən, onun jurnalistika sahəsindəki fəaliyyətindən danışılıb.
Mərhum Yasamal qəbiristanlığında dəfn edilib.