TANINMIŞ JURNALİST ZAUR QƏDİMBƏYOVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMATI KEÇİRİLMİŞDİR
Zaur Qədimbəyovun vəfatının birinci ildönümü ərəfəsində keçirilən tədbirdə mərhumun ömür-gün yoldaşı tanınmış jurnalist Tünzalə Qasımova onun Azərbaycan jurnalistikasında özünəməxsus yerindən danışmışdır. O, “Ozan” nəşriyyatında nəfis şəkildə çap olunmuş, jurnalistin həmkarları, dostları və yaxınlarının ürək sözlərinin əks olunduğu kitabın yaxın vaxtlarda Azərbaycan dilində də çap ediləcəyini bildirmişdir.
Mərasimdə Xarici İşlər Nazirliyinin müşaviri Vəhdət Sultanzadə, Bakı Musiqi Kolleci direktorunun müavini Gülzar Hətəmzadə və başqaları Z.Qədimbəyovla bağlı xatirələrini danışmış, onun yüksək peşəkarlıq və insani keyfiyyətlərindən söhbət açmışlar. Onun Vətəni və xalqını dünyada hər şeydən çox sevdiyi, mərdliyi, ən çətin, gərgin anlarda belə əməkdaşlarla mehriban münasibəti qeyd edilmişdir. Z.Qədimbəyovun XX əsrin 80-ci illərinin sonlarında, keçmiş SSRİ məkanında ümummilli liderimiz Heydər Əliyevə qarşı başlanmış böhtan kampaniyasında iştirakdan imtina etdiyi, buna görə təqiblərə məruz qaldığı diqqətə çarpdırılmışdır.
Sonda T.Qasımova mərasimin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:23]
“Vətənimdir Azərbaycan!” layihəsi Şamaxıda
- 19.06.2026 [10:42]
Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani
- 19.06.2026 [09:00]