Tarix Muzeyi əməkdaşlarının məqalələri beynəlxalq jurnalda dərc olunub
Bakı, 18 iyun, AZƏRTAC
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarov və Elmi-ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun rus dilində elmi məqalələri Moskvada “İRS” beynəlxalq Azərbaycan jurnalının növbəti (№1 (103) 2020) nömrəsində dərc olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, F.Cabbarovun “Azərbaycan Cənubi Qafqazda RSFSR-in siyasətində (1920-1922)” adlı məqaləsində bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi və Cənubi Qafqazda öz siyasətini aparmasından bəhs edilir. S.Əhmədovun “Azərbaycan İkinci Dünya müharibəsi illərində. 1941” adlı məqaləsi Böyük Vətən müharibəsinin 75 illiyinə həsr edilib. Məqalədə müharibədə qələbə qazanılmasında Azərbaycanın rolundan danışılır.