“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov növbəti turda heç-heçəyə imza atıb
Bakı, 26 yanvar, AZƏRTAC
Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin 10-cu turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda ABŞ təmsilçisi Samuel Şankland ilə qarşılaşıb. Qara fiqurlarla oynayan şahmatçımız 29-cu gedişdə heç-heçəyə razılaşıb.
Qeyd edək ki, on turdan sonra Ş.Məmmədyarov 6 xalla 3-cü pillədə qərarlaşıb.
Turnir cədvəlinə 7 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen başçılıq edir.
Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]