Taxıl anbarı kompleksinin genişləndirilməsi layihəsinə güzəştli kredit ayrılıb
Bakı, 28 dekabr, AZƏRTAC
Taxıl anbarı kompleksinin genişləndirilməsi layihəsinə güzəştli kredit ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Biznes nümayəndələrinin maliyyə resurslarına çıxış imkanlarının artırılması çərçivəsində Siyəzəndə fəaliyyət göstərən sahibkar Vüqar Qardaşov taxıl anbarı kompleksinin genişləndirilməsi layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 2 milyon manat güzəştli kredit əldə edib”, - deyə nazir bildirib.