TBİLİSİDƏ BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, Gürcüstanın xalq müdafiəçisi əvəzi Teymuraz Lomsadze konfrans iştirakçılarını salamlamış və iki gün ərzində keçiriləcək tədbirin məqsəd və vəzifələrini açıqlamışdır.
Konfrans öz işini beş işçi qrupunda davam etdirmiş, “Dözümlülük və ayrı-seçkiliyin qadağan olunmasında beynəlxalq təşkilatların rolu”, “Ombudsman təsisatı və milli hüquq-müdafiə mexanizmləri”, “Demokratik dəyərlərin təhsil vasitəsilə təsdiqində dövlətin rolu” mövzuları ətrafında müzakirələr aparılmışdır.
Təşkilatçıların hazırladıqları Qafqaz regionunda sülh və insan hüquqlarının müdafiəsi prinsiplərini özündə əks etdirən qətnamə konfrans iştirakçılarına təqdim olunaraq müzakirəyə çıxarılmışdır. Müzakirələr zamanı A.Səfixanlı bu qətnaməyə bəzi əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər irəli sürmüşdür.
Azərbaycan ombudsman institutunun təklifləri konfransın qətnaməsinin yekun layihəsində nəzərə alınmışdır.
Tədbirin sonunda KİV nümayəndələri ilə konfrans iştirakçılarının görüşü keçirilmişdir.