Tbilisidə görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabların təqdimatı keçirilib
Bakı, 13 noyabr, AZƏRTAC
Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Beynəlxalq Muğam Mərkəzinin (BMM) nəşrləri seriyasından filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlının “Salam Məşədi” və “Son nöqtədən sonra…” adlı kitablarının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin rəhbərliyi və əməkdaşları, tələbələr və mətbuat nümayəndələri iştirak ediblər.
Bildirdi ki, “Salam Məşədi” kitabı ömrünün böyük hissəsini Türkiyədə keçirmiş görkəmli xanəndəmiz Məşədi Məhəmməd Fərzəliyev haqqındadır. Kitabda ömrünün 33 ilini İstanbulda keçirmiş xanəndənin ömür yolundan bəhs edilir, onun Türkiyədəki həyatı barədə əldə olunmuş yeni arxiv materiallarından söhbət açılır.
Sonra müəllifin yeni çapdan çıxmış “Son nöqtədən sonra” kitabı haqqında da məlumat verilib. Qeyd edilib ki, bu kitab əslində “Salam Məşədi” kitabının ardı kimi nəzərdə tutulub. Məşədi Məhəmməd Fərzəliyev 1929-cu ildən 1962-ci ilə qədər İstanbulda yaşayıb və orada vəfat edib. Bu yay müəllif Gülhüseyn Kazımlı araşdırmaçı jurnalistlər Dilqəm Əhməd və Hafiz Əhmədovun birgə səyi nəticəsində 62 ildən sonra Məşədi Məhəmməd Fərzəliyevin özünün və həyat yoldaşı Xədicə xanımın Feriköydəki məzarlıqdakı məzar yerləri, oğlu Mahmudun və nəvəsi Çingizin məzarları aşkar edilib. Məhz bu kitabda da, onlarla bağlı aparılmış axtarışı işləri geniş şəkildə işıqlandırılıb.
Kitablar muzeyin kitabxanasına hədiyyə olunub.
Mədəniyyət ocağının direktoru, Azərbaycan və Gürcüstanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva dəyərli hədiyyələrə görə təşəkkürünü bildirib, kitabların oxucular və araşdırmaçılar tərəfindən böyük maraqla qarşılanacağına əminliyini ifadə etdi.