TƏBİƏT BƏM ŞƏHƏRİNİ YENİDƏN SINAĞA ÇƏKİR
AZƏRTAC-ın Tehrandan aldığı xəbərə görə, İranın zəlzələ nəticəsində dağılmış Bəm şəhəri yanvarın 10-da daha bir təbii sınağa məruz qalmışdır. Ölkənin bu cənub-şərq bölgəsində güclü tufan olmuş, küləyin sürəti saatda 45 kilometrə çatmışdır. Qasırğa dekabrın 26-da baş vermiş zəlzələ nəticəsində evsiz-eşiksiz qalmış insanların məskunlaşdığı çadır düşərgələrinə xeyli ziyan vurmuşdur.
Torpağa zəif bərkidilən çadırlar yerindən qopmuşdur. İndi Bəmdə olanların hamısı qasırğanın səpələdiyi əmlakı yığmağa və çadırları bərkitməyə məcburdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]