Tehranda metro stansiyalarının sığınacaq kimi hazırlanması nəzərdə tutulur
Qahirə, 8 sentyabr, AZƏRTAC
Tehranın Şəhər Şurasının sədri Mehdi Çəmran metro stansiyalarının sığınacaq kimi hazırlanması ilə bağlı işlərin aparıldığını bildirib.
AZƏRTAC “Didban” saytına istinadla xəbər verir ki, Çəmran jurnalistlərə açıqlamasında sığınacaq kimi müəyyən edilən metro stansiyalarının xüsusi lövhələrlə işarələnəcəyini deyib.
Onun sözlərinə görə, bu stansiyalar və onların yerləşdiyi ərazilər barədə əhali məlumatlandırılacaq.
Tehranın Şəhər Şurasının sədri bildirib ki, hazırda həmin metro stansiyalarının sığınacaq kimi istifadəyə hazırlanması üçün işlər görülür. Stansiyaların daxilində və yaxınlığında lazım olan şəraitin yaradılması da nəzərdə tutulur.
Qeyd edək ki, Tehran metrosunda 7 xətt və 163 stansiya var.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [20:50]
Sudanda PUA hücumu nəticəsində 13 nəfər ölüb
- 08.09.2026 [20:16]
Zelenski və Tramp arasında görüşə dair razılıq əldə edilib
- 08.09.2026 [20:05]
Britaniya hava limanlarında texniki nasazlıq: Yüzlərlə reys gecikir
- 08.09.2026 [20:02]
Rumıniyada PUA təhlükəsi elan edilib, F-18 qırıcıları havaya qaldırılıb
- 08.09.2026 [19:59]
İsrail Britaniyanın Qüdsdəki baş konsulluğunu bağlayacağını açıqlayıb
- 08.09.2026 [18:07]