Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların dəyəri 1,2 milyard dollar olub
Bakı, 15 dekabr, AZƏRTAC
Doqquz ayda təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1,2 milyard dollar məbləğində qiymətləndirilib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, daxilolmalar 742,6 milyon dollar, ödənişlər isə 442 milyon dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91,8 faizi xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 6,7 faizi ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 1,5 faizi isə digər daxilolmalar təşkil edir.
Ölkəyə göndərilən pul baratlarının həcmi 1,6 faiz azalaraq 681,9 milyon dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 23,2 faiz artaraq 383 milyon dollar olub. Nəticədə pul baratları üzrə 298,9 milyon dollar (21,7 faiz azalma) müsbət saldo yaranıb. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 300,6 milyon dollar (23,8 faiz azalma) təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]