TƏLƏBƏLƏR QASTROL SƏFƏRİNƏ HAZIRLAŞIRLAR
Tamaşanın elmi məsləhətçisi universitetin rektoru, akademik, cəlilşünas İsa Həbibbəyli, quruluşçu rejissoru isə studiyanın rəhbəri Gülxar Əhmədovadır. Tamaşa martın sonunadək naxçıvanlı sənətsevərlərə təqdim ediləcəkdir.
Universitetdə Tələbə Opera Studiyası da fəaliyyət göstərir. Studiyanın kollektivi keçən il Türkiyənin İğdır, Qars, Samsun və Trabzon şəhərlərində qastrol səfərlərində olmuş və Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını sənətsevərlərə təqdim etmişdir.
Kollektiv yaxın günlərdə Bakı, sonra isə Ərzurum və Qars şəhərlərinə qastrol səfərlərinə çıxacaqdır.