“Telekom Volt” Beynəlxalq Rok Festivalının bəzi iştirakçılarının adları açıqlanıb
Budapeşt, 9 mart, AZƏRTAC
İyunun 26-29-da Macarıstanın Şopron şəhərində “Telekom Volt” Beynəlxalq Rok Festivalı keçiriləcək. AZƏRTAC bunu təşkilatçıların festivalın rəsmi “volt.hu/en” saytında dərc edilmiş mətbuat üçün məlumatına istinadla bildirir.
Festivalın iştirakçılarının son tərkibi artıq müəyyən edilmək üzrədir. Bu il Şopronda çıxış edənlər arasında adlı-sanlı ifaçıların sayı az olmayacaq.
“Volt”un açılış günü əsl rok-festival olmağı vəd edir. Həmin gün “Cypress Hill”, “Papa Roach”, “Amaranthe”, habelə artıq anonsu verilmiş “Slipknot” kimi qruplar çıxış edəcəklər. Əfsanəvi “Black Eyed Peas” hip-hop qrupu öz yeni albomunu təqdim etmək və ən məşhur mahnılarını oxumaq üçün səhnəyə çıxacaq.
İyunun 27-də səhnəyə “Ugly Kid Joe” çıxacaq. Bir gün sonra Yan Blumkvist öz qrupu ilə çıxış edəcək. Digər beynəlxalq ifaçılar arasında “Kruder & Dorfmeister”, “Kollektiv Turmstrass”, “Bladerunnaz”, “DJ Friction”, “Prototypes”, “Habstrakt”, “Next Level”, “Nouvelle Vague” və “DelaDap” kimi qrupların adları çəkilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:02]
Fransa və Estoniya arasında müdafiə sahəsində əməkdaşlıq genişləndirilir
- 18.06.2026 [16:36]
Alimlər ən effektiv arıqlama dərmanını müəyyənləşdiriblər - tədqiqat
- 18.06.2026 [16:00]
Niderland Fransadan F21 torpedasını alacaq
- 18.06.2026 [15:58]
Çinli alimlər lələkli dinozavr növü tapıblar
- 18.06.2026 [15:39]
Aİ okeanların qorunmasına 338 milyon avrodan çox vəsait ayırıb
- 18.06.2026 [15:31]
İyunun 18-i Davamlı Qastronomiya Günüdür
- 18.06.2026 [15:14]