TERRİ DEVİSİN DAĞLIQ QARABAĞ PROBLEMİ İLƏ BAĞLI MƏRUZƏSİ HAZIRDIR
Milli Məclisdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, komitənin iclasında AŞPA-nın Dağlıq Qarabağ məsələsi üzrə məruzəçisi Terri Devisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı məruzə dinləniləcəkdir. Sənəd “ATƏT-in Minsk qrupunun məşğul olduğu münaqişə” adlanır. Sonra məsələ qurumun büro iclasında müzakirə ediləcək.
Siyasi İşlər Komitəsinin və büronun iclaslarında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-dakı parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcəkdir.