TƏRTƏR RAYONUNDA HEYVANDARLIĞIN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR
Tərtər, 2 avqust (AZƏRTAC). Tərtər rayonunda heyvandarlığın inkişafı diqqət mərkəzindədir.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, 2009-cu ilin altı ayında zoobaytar xidmətinin səviyyəsinin yüksəldilməsi sahəsində işlər davam etdirilmiş, rayon baytarlıq idarəsi və Cəmilli kəndində sahə baytarlıq məntəqəsi üçün binalar tikilmiş, kəndlərdə süni mayalama məntəqələri yaradılmış, lazımi avadanlıq və nəqliyyatla təmin edilmişdir.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə 2009-cu ilin birinci yarısında 339 baş heyvanda süni mayalama aparılmış, lizinq yolu ilə 10 baş məhsuldar inək gətirlmişdir.
Hazırda rayonda 23 min 516 baş mal-qara, 65 min 541 baş qoyun və keçi vardır. Ötən ilin müvafiq dörü ilə müqayisədə onların sayı müvafiq şəkildə 2,9 faiz və 0,7 faiz artmışdır.
Cari ilin birinci yarısında rayonun təsərrüfatlarında diri çəkidə 836 ton ət, 5594 ton süd, 1.660 min ədəd yumurta və 103 ton yun istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən rayonda ət istehsalı 1 ton, süd istehsalı 3 ton, yumurta istehsalı 50 min ədəd, yun istehsalı 5 ton artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]