Tərtər şəhərinin küçələrində və çoxmənzilli yaşayış binalarında növbəti dezinfeksiya işləri aparılıb
Tərtər, 22 iyun, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq, COVID-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya tədbirləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq Tərtər şəhərinin küçələrində və çoxmənzilli yaşayış binalarında növbəti dezinfeksiya işləri aparılıb.