REGİONLAR
Tərtərdə ağacəkmə aksiyası keçirilib
Tərtər, 24 dekabr, AZƏRTAC
Tərtərdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Aksiya Tərtər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər-Hindarx avtomobil yolunun İsmayılbəyli kəndi ərazisindən keçən hissəsində keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 150 ədəd Eldar şamı və 150 ədəd sərv ağacı əkilib.
Yeni əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qaydada qulluq göstərilib.