Tərtərdə koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri davam etdirilir
Tərtər, 22 may, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infeksiyanın qarşısının alınması məqsədilə dezinfeksiya işləri müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Qrafikə uyğun olaraq, Tərtər şəhərindəki istirahət parkında və inzibati binalarda dezinfeksiya işləri aparılıb.