Tesla bu ilin üç ayında 184 mindən çox elektromobil satıb
Bakı, 2 aprel, AZƏRTAC
Amerikanın Tesla şirkəti bu ilin birinci rübündə alıcılara öz istehsalı olan 184 mindən çox elektromobil çatdırıb.
AZƏRTAC xəbər verir ki, müvafiq məlumatlar kompaniyanın istehsal və satış üzrə bu gün dərc olunmuş rüblük hesabatında yer alıb.
Sənəddə bildirilir ki, 2021-ci ilin ilk üç ayında Tesla kompaniyasının ümumi tədarük həcmi 184 min 800 elektromobildən ibarət olub. Onların böyük əksəriyyətini (182 280) daha kompakt Model 3 и Model Y modelləri təşkil edib. Ötən üç ayda Tesla 180 min 338 belə elektromobil buraxıb.
2020-ci ilin müvafiq dövründə kompaniya cəmi 102 min 672 elektromobil istehsal etmiş, alıcılara isə 88 min 400 minini çatdırmışdı.
Xatırladaq ki, Tesla 2003-cü ildə amerikalı sahibkar İlon Mask tərəfindən yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]
Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib
- 12.06.2026 [15:30]