“Tesla” gələn il yeni model elektromobil istehsalına başlayacaq
Bakı, 24 yanvar, AZƏRTAC
ABŞ-ın elektromobil istehsalçısı “Tesla” 2025-ci ilin ortalarında işçi adı “Redwood” olan yeni modelini istehsal etməyi planlaşdırır.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, elektromobil geniş kütlə üçün nəzərdə tutulan “kompakt krossover” olacaq.
“Redwood” elektrokarının start qiymətinin təxminən 25 min dollar olacağı gözlənilir. Onun qiyməti kompaniyaya 2023-cü ilin son rübündə satışlarda “Tesla” elektromobillərini qabaqlayan BYD kimi Çin kompaniyaları ilə rəqabət aparmağa imkan verəcək. Kompaniya həftədə bu modeldən olan təxminən 10 min elektromobil istehsal etmək niyyətindədir.
Xatırladaq ki, 2023-cü ilin noyabrında kompaniyanın sahibi İlon Mask Şimali Amerikada elektrik mühərriki ilə işləyən yeni “Cybertruck” pikapının satışının başladığını elan edib. Onun başlanğıc qiyməti 61 min dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]