TEYMUR RƏCƏBOV YENİDƏN LİDERLƏR QRUPUNDADIR
Bakı, 24 yanvar (AZƏRTAC). Niderlandın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə superturnirin (“A” qrupu) 6-cı turu çərçivəsində Teymur Rəcəbov ABŞ şahmatçısı Qata Kamskini məğlubiyyətə uğratmışdır.
Həmyerlimiz Karo-kann müdafiəsində tanınmış rəqibini 41-ci gedişdə təslim olmağa məcbur etmişdir. Görüşdə xal qazanan T.Rəcəbov yenidən liderlər qrupuna daxil olmuşdur.
Şahmatçıların digər görüşləri belə nəticələnmişdir: Vanq Yu-Maykl Adams 0:1, Maqnus Karlsen-Sergey Karyagin 0,5:0,5, Yan Smets-Lenyer Dominqes 0,5:0,5, Levon Aronyan-Vasili İvançuk 0,5:0,5, Daniyel Stellvaqen-Lyuk Van Veli 0,5:0,5, Sergey Моvsеsyan-Aleksandr Morozeviç 1:0.
Altı turdan sonra turnir cədvəlinə 4 xal toplamış S.Karyagin başçılıq edir.
T.Rəcəbov, L.Dominqes, S.Movsesyan. Y.Smets, L.Aronyan 3,5xal, Q.Kamski, M.Karlsen, L.Van Veli, M.Adams 3 xal, V.İvançuk, D.Stellvaqen 2,5 xal, Vanq Yu 2 xal, A.Morozeviç 1,5 xal toplamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [23:19]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]