“The Beatles” qrupunun “Hey Jude” mahnısının əlyazması 910 min dollara satılıb
Bakı, 11 aprel, AZƏRTAC
“The Beatles” qrupunun “Hey Jude” mahnısının Pol Makkartni tərəfindən yazılmış mətni ABŞ-ın “Julien's Auctions” hərracında 910 min dollara satılıb.
AZƏRTAC hərracın saytına istinadla xəbər verir ki, lotun ilkin qiyməti 160-180 min dollar həcmində qiymətləndirilirdi.
Pol Makkartni “Hey Jude” mahnısını 1968-ci ildə Con Lenonun oğlu Culiana valideynlərinin boşanmasına təsəlli üçün ithaf etmişdi. Nəticədə mahnı 1989-cu ildə “İlin səsyazması” və “İlin mahnısı” nominasiyasında “Grammy” mükafatına layiq görülmüşdü.
Hərracda, həmçinin “The Beatles” qrupunun digər lotları da satışa çıxarılıb. Onların arasında əvvəllər məlum olmayan tarixi əşyalar, gitara və digər musiqi alətləri, avtoqraflı əşyalar, nadir vinil plastinlər də olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]