Ticari sektorda ödəniş daxilolmaları 7.2 milyard manat olub

Bakı, 10 oktyabr, AZƏRTAC
2023-cü ilin üçüncü rübündə ödəniş daxilolmalarında qeyri-ticari sektorun üstünlüyü davam edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 19.4 faizi təşkil etməklə 7.2 milyard manat, qeyri-ticari sektorda isə 80.6 faiz təşkil etməklə 29.7 milyard manat olub.
Bütövlükdə, ötən rüblə müqayisədə cari ilin üçüncü rübündə ticari sektor üzrə iqtisadi aktivlik indeksində azalma, qeyri-ticari sektor üzrə isə artım dinamikası müşahidə edilib.