TİKİLMƏKDƏ OLAN MÜƏSSİSƏDƏ İFTAR SÜFRƏSİ AÇILMIŞDIR
İmişli rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayev öz sərmayəsi ilə resublikamızın regionlarında bir sıra mühüm obyektlər yaradan, iqtisadiyyatımızın inkişafında xidmətləri olan “Azərsun Holdinq”in prezidentinə mühüm əhəmiyyəti olan bir layihəni bu rayonda reallaşdırdığına görə təşəkkürünü bildirmişdir.
Azərbaycan Aşıqlar Birliyinin üzvləri iftar süfrəsinə toplaşanları nəğmələrlə salamlamışlar.