“TikTok” islamofob Momikaya ianə edilməsi imkanı verən funksiyanı dayandırıb
Stokholm, 30 avqust, N.Cəfərli, AZƏRTAC
“TikTok” platforması tətbiq vasitəsilə iraqlı islamofob Səlvan Momikaya ianə göndərilməsinə imkan verən funksiyanı dayandırmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, platformanın bir çox istifadəçiləri bu qərarı alqışlayıb və qeyd ediblər ki, İsveç hökumətindən fərqli olaraq, sözügedən xidmət ədalətli addım atıb.
Qeyd edək ki, 37 yaşlı Səlvan Momika ictimai yerlərdə, həmçinin Stokholmdakı məscidlərin qarşısında “Quran”ı yandıran şəxs kimi tanınır. Həmin aksiyalar hakimiyyət orqanlarının icazəsi və polis əməkdaşlarının nəzarəti altında keçirilir.
Səlvan Momika bu bədnam əməllərini “TikTok”da canlı yayımda nümayiş etdirib. Son iki ay ərzində o, həmçinin bəzən sutkada bir neçə dəfə diskussiya formatında canlı yayımlar edib. Momika “TikTok”un həftəlik reytinqində daha çox “brilyantlar” toplayan istifadəçilərə məxsus yüksək yerlər tutub.
Momika aksiyaları barədə videoçarxlarla yanaşı, öz profilində müsəlman liderlərini, ümumilikdə İslamı tənqid edən materiallar yayımlayır və ya növbəti aksiyaları barədə məlumatlar verir. Bu videomateriallara milyonlarla istifadəçi baxır və minlərlə şərh yazılır.
Səlvan Momika bildirib ki, bu qadağa onu dayandıra bilməyəcək və bu əməllərini daha iki ilə davam etdirmək üçün başqa vasitələrə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]