“Titan” batiskafı ilə bağlı təhqiqata ABŞ Sahil Mühafizəsi rəhbərlik edəcək
Bakı, 24 iyun, AZƏRTAC
“Titan” batiskafının qəzaya uğraması ilə bağlı təhqiqata ABŞ-ın Sahil Mühafizəsi rəhbərlik edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası məlumat yayıb. Məlumata görə, Sahil Mühafizəsi təhqiqatla bağlı KİV-in sorğuları ilə də məşğul olacaq.
İyunun 19-da göyərtəsində beş nəfərin olduğu “Titan” batiskafı “Titanik” gəmisinin batdığı yerə turist ekspedisiyası zamanı Atlantik okeanında radarlardan itib. İyunun 22-də axtarış qrupları okeanın dibində batiskafa aid detallar aşkarlayıb. İlkin versiyaya görə, “Titan” güclü su təzyiqi nəticəsində dağılıb, sərnişinlərin cəsədlərinin tapılması perspektivi qeyri-müəyyəndir.
ABŞ Sahil Mühafizəsi qəzanın səbəblərinin müəyyən olunması üçün axtarışların davam etdiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]