Tokayev: Dövlət idarəetmə sistemini şəxsi maraqlar naminə dəyişmək məsuliyyətsizlik olardı
Astana, 5 yanvar, AZƏRTAC
Qazaxıstan Prezident idarəetmə formasına malik dövlətdir.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Turkistan” qəzetinə müsahibəsində bəzi ekspertlərin qarşıdan gələn parlament islahatının yalnız bir məqsəd - parlament sədrinin postunu dövlət idarəetmə sistemində əsas mövqeyə çevirmək və bu vəzifəni özü üçün hazırlamaq niyyəti daşıdığı barədə sualı cavablandırarkən bildirib.
“Səkkiz il əvvəl, Akordaya gəlməzdən öncə “Güclü Prezident – Təsirli Parlament – Hesabatlı Hökumət” konsepsiyasını irəli sürmüşəm. Dövlət idarəetmə sisteminin bütövlükdə şəxsi maraqlar naminə dəyişdirilməsi son dərəcə məsuliyyətsiz və mən deyərdim ki, qeyri-etik addım olardı. Ölkə üçün mühüm əhəmiyyət daşıyan bütün islahatların müzakirəsi ümumxalq referendumuna çıxarılır. Burada heç bir gizli məna yoxdur. Mövqeyim hər kəsə bəllidir - siyasi islahatlar davam etdiriləcək. Uzunmüddətli planların bir hissəsi isə ənənəvi olaraq yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq”, - deyə Qazaxıstan Prezidenti bildirib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]