Tokioda bədii gimnastika üzrə “AEON CUP-2017” klublararası dünya çempionatı keçirilir
Tokio, 30 sentyabr, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokioda bədii gimnastika üzrə klublararası dünya çempionatı - “AEON CUP-2017” keçirilir. Yarışda dünyanın 23 ölkəsinin 26 klubunu təmsil edən 78 gimnast mübarizə aparır.
Azərbaycanı çempionatda təmsil edən “Ocaq Sport Club” komandası yarışlara Rusiyanın “Qazprom”, Belarusun “Dinamo” və Yaponiyanın “AEON” klubları ilə birlikdə birbaşa final mərhələsində qatılıb. Komandamızın tərkibində yuniorka gimnast Dərya Farşbafşəhriyari, sinyorka gimnastlar Ayşən Bayramova və Zöhrə Ağamirova çıxış ediblər. Həmin günün nəticələrinə görə, komandamız 83250 xalla altıncı yerdə qərarlaşıb.
Dünyanın bədii gimnastika üzrə ən güclü komandalarının qatıldıqları çempionat oktyabrın 1-də başa çatacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio