TOMAT QUTUSUNDA TİRYƏK TAPILMIŞDIR
Azərbaycan Dövlət Gömrük Komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, İran vətəndaşları Həbib Kondorinin və Həmid Huşənginin idarə etdikləri avtobusa Astara gömrükxanasında baxış keçirilmişdir. “Dora” ləqəbli itin reaksiyasına əsasən, karton qutuda yerləşdirilmiş müxtəlif mallar “HEİMANN-SİSTEMS” adlı monitordan keçirilmiş və tomat qutularının birinin içərisində uzunsov formalı şübhəli bağlama aşkarlanmışdır. Aparılmış ilkin analiz nəticəsində orada gizlədilmiş maddənin 108 qram tiryək olduğu müəyyənləşdirilmişdir.
Faktla əlaqədar Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsi ilə birgə əməliyyat tədbirləri davam etdirilmiş və həmin narkotik maddənin Bakı şəhərindəki alıcısı müəyyənləşdirilərək tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]