TORPAQ SÜRÜŞMƏSİ DAVAM EDİR
Tovuz rayonunun Əsrikcırdaxan kəndində torpaq sürüşməsi davam edir. Sürüşmə nəticəsində Tovuz-Böyük Qışlaq yolu 3 dəfə bağlanmışdır. Hər dəfə təcili tədbirlər sayəsində yolda nəqliyyatın hərəkəti bərpa olunmuşdur.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Niftalı Qasımov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, torpaq sürüşməsi 10 hektar ərazini əhatə edir və burada 28 yaşayış evi var. Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının mütəxəssisləri sürüşmə zonasında yaranmış vəziyyətlə tanış olmuş, təkliflər hazırlamışlar.