TORPAQ SÜRÜŞMƏSİ NƏTİCƏSİNDƏ ÜÇ NƏFƏR HƏLAK OLMUŞDUR
Bu haqda Qırğızıstanın Ekologiya və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat vermişdir.
Məlumatda deyilir ki, son günlər yaylaqda yağan leysan yağışları nəticəsində təxminən 100 metr ərazi sürüşməyə məruz qalmışdır.
Hadisə yerinə gəlmiş qəza-xilasetmə dəstəsinin ilkin rəyinə görə həlak olanların cəsədi 5-6 metr dərinlikdədir. Cəsədlərin çıxarılması üçün tədbirlər görülür.