Azərbaycan Dövlət İnformasiya Agentliyi

TOVUZ RAYONU İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI TOFİQ ZEYNALOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Memarı və qurucusu dahi Heydər Əliyev olan Azərbaycan Respublikası Sizin şəxsi səyiniz, əzmkarlığınız sayəsində müasir inkişaf yoluna qədəm qoymuşdur. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı bütün respublikada olduğu kimi, rayonumuzda da uğurla icra olunur. Bu gün hər bir tovuzlu müsbət dəyişiklikləri öz gündəlik yaşayışında hiss edir. Hazırda rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 64 ailəlik iki yaşayış evinin, Tovuzçay su dəryaçasının, Zəyəmçaydan rayona ümumi uzunluğu 52 kilometr olan içməli su xəttinin tikintisi davam edir.

Təhsilin inkişafına göstərdiyiniz qayğının nəticəsi olaraq, rayonda 260 yerlik məktəb binası, 420 yerlik 21 əlavə sinif otaqları tikilib istifadəyə verilmiş, 6 məktəb binası əsaslı şəkildə təmir edilmişdir. Aşağı Ayıblı kəndində 1176 yerlik məktəb binası tikilir. Dövlət proqramına uyğun olaraq, bu il üç kənddə 400, 264 və 360 yerlik məktəb binalarının tikintisinə başlanacaqdır.

Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 640 yerlik üç müasir məktəb binası tikilib istifadəyə verilmiş, 720 yerlik üç məktəbin tikintisi də nəzərdə tutulmuşdur. Bu qayğıya görə hörmətli Mehriban xanım Əliyevaya tovuzluların minnətdarlığını çatdırmaq istəyirəm.

Möhtərəm cənab Prezident!

Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyiniz dövrdə ölkəmiz idman sahəsində böyük nailiyyətlər qazanmışdır. Regionlarda müasir olimpiya idman komplekslərinin inşası idmanın inkişafında, gənclərin mənəvi və fiziki baxımından daha sağlam böyüməsində mühüm rol oynamışdır. Rayonumuzun zəngin idman ənənələrini nəzərə alaraq, qısa vaxt ərzində 32 məhəlli idman meydançası istifadəyə verilmişdir və daha 30 meydançanın tikintisi davam etdirilir. Sevindirici haldır ki, bu il 15-16 yaşlılar arasında tovuzlu futbolçular respublika çempionu olmuşlar.

Respublika üzrə 16-cı olan belə möhtəşəm idman kompleksinin rayonumuzda tikintisinə başlanması Gənclər ilində Sizin tovuzlu gənclərə ən dəyərli hədiyyənizdir. Bu qayğıya görə minnətdarlığımızı bildirir və Sizi əmin edirik ki, Tovuzda idman sürətlə inkişaf etdiriləcək, böyük nailiyyətlər əldə olunacaq və sağlam gənclik formalaşacaqdır. Gələcək nəsillərin sağlamlığı üçün regionlarda tikilən diaqnostika mərkəzindən birinin də rayonumuzda nəzərdə tutulması barədə tovuzluların xahişini Sizə çatdırmaq istəyirəm.

Möhtərəm cənab Prezident!

Cəbhə bölgəsində yaşayan tovuzlular Vətənin müdafiəsində mərdliklə dayanmış, bir qarış torpağı düşmənə verməmişlər. Çünki onların arxasında ümummilli lider Heydər Əliyev dayanmışdı. Bu gün Ali baş komandan İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması barədə prinsipial mövqeyini xalqımız kimi, tovuzlular da tam müdafiə edirlər. Müharibənin nə olduğunu yaxşı bilən, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə 335 nəfər şəhid verən, göstərdikləri igidliklərə görə 2 nəfər Milli Qəhrəman adına layiq görülmüş tovuzlular Ali baş komandanın hər bir tapşırığını yerinə yetirməyə hazırdırlar.

Cənab Prezident, ölkədə sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şərait rayonumuzda da özəl sektorun genişlənməsinə, iş adamlarının rayona üz tutmasına, daxili sərmayənin artmasına səbəb olmuşdur. Sizə məruzə etmək istəyirəm ki, rayonun yerli xammalından istifadə etməklə sosial-iqtisadi inkişafın prioritetlərinin müəyyənləşdirilməsi, kartof emalı, konserv, kərpic, sement və mini-şərab zavodlarının tikintisi istiqamətində mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Tovuz şəhərinin müasir memarlıq simasının yaradılması üçün tədbirlər görülür.

Açıq etiraf etmək lazımdır ki, bunlar azdır. Tovuzun potensialı böyükdür, problemlərimiz də çoxdur. Mürəkkəb relyef şəraitinə malik dağla sərhəd kəndlərinə əlavə 60 kilometr asfalt yolu çəkilməsinə, Ceyrançöl qışlağına gedən avtomobil yolunun bərpasına ehtiyac vardır. Biz bundan sonra da əhalinin sosial sifarişlərindən irəli gələn problemlərin həlli istiqamətində bütün gücümüzü səfərbər edəcəyik. İnanırıq ki, bu işdə Siz, həmişə olduğu kimi, diqqət və qayğınızı tovuzlulardan yenə də əsirgəməyəcəksiniz.
Möhtərəm cənab Prezident!
Regionlara hər bir səfəriniz xalqın yaddaşında silinməz iz buraxır. Sizin hər bir regiona, hər bir vətəndaşa şəxsi diqqət və qayğınız qədirbilən xalqımız tərəfindən layiqincə qiymətləndirilir. Tovuzlular Sizi çox sevir. Tovuzda artıq üç dəfə olmusunuz. Biz istəyirik tez-tez gələsiniz. Belə möhtəşəm obyektlərin təməlinin qoyulması, istifadəyə verilməsi kimi sevincli günlərimizdə bizimlə birlikdə olmağınız bütün tovuzluları çox qürurlandırır. Əmin ola bilərsiniz ki, Siz Tovuzu gələcəkdə daha abad və gözəl görəcəksiniz.

X X X

Sonra Prezident İlham Əliyev sakinlərlə görüşdü, qayğı və problemləri ilə maraqlandı və onlarla xatirə şəkli çəkdirdi.
Tovuzlular ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısının qərb bölgəsinə səfərlərini xatırlatdılar. Rayonlarda görülən geniş abadlıq-quruculuq işlərinə görə Prezidentə dərin minnətdarlıqlarını bildirdilər və onun xarici və daxili siyasətini, ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işləri dəstəklədiklərini bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər