Tovuzda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Tovuz, 14 yanvar (AZƏRTAC). Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində “20 Yanvar faciəsinin Azərbaycanın milli azadlıq hərəkatında rolu və yeri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov açmışdır. Bildirilmişdir ki, 20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirmişdir.
“Dəyirmi masa”da daha sonra rayon icra hakimiyyəti başçısının müavini Təranə Bayramovanın “20 Yanvar faciəsinin Azərbaycanın milli azadlıq hərəkatında rolu və yeri” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzə ətrafında çıxışlarda qeyd olunmuşdur ki, aradan uzun illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, şəhidlərin xatirəsini ehtiramla yad edir, qanlı qırğını törədənlərə öz dərin nifrətini bildirir. 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik tarixində mühüm yer tutur.
Tədbirdə belə bir ümumi fikir ifadə olunmuşdur ki, 20 yanvar ümumxalq hüzn günü kimi qeyd edilsə də, xalqımız yüksək şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və millət qəhrəman övladları ilə ucalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]