TOVUZDA BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLIQ İŞLƏRİ DAVAM ETDİRİLİR
105 saylı seçki dairəsi dairə seçki komissiyasının sədri Ələkbər Ələkbərov AZƏRTAC-a bildirmişdir ki, seçki günü 8 məntəqə fəaliyyət göstərəcəkdir. Seçici siyahılarına 9162 nəfərin adı daxil edilmişdir.
Abulbəyli, Düz Qırıqlı, Əlibəyli, İbrahimhacılı və Mülkülü kənd bələdiyyələrinə 33 nəfər üzv seçiləcəkdir. Hələlik 64 nəfər namizədliyini irəli sürmüş, onlardan 52 nəfərinin namizədliyi təsdiqlənmişdir.