Tovuzda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var – FOTO
Tovuz, 18 iyun, R. Novruzoğlu, AZƏRTAC
Bakı-Qazax avtomobil yolunun Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə zamanı "DAF" markalı sement daşıyan yük maşını ilə sərnişin avtobusu toqquşub. Bu zaman yük avtomobili yol ayırıcısı olan betona dəyib və aşıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub.
Qəza zamanı "DAF"ın sürücüsü xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.