Tovuzda yol qəzası baş verib, xəsarət alan var VİDEO
Tovuz, 25 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Aşagı Quşçu kəndində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Tovuz şəhəri istiqamətində hərəkətdə olan “Chevrolet” markalı minik maşınının qarşısına anidən sahibsiz it çıxıb. Sürücü irarəetməni itirib və avtomobil ilk olaraq yol nişanına, daha sonra ağaclara çırpılaraq kənara düşüb.
Hadisə nəticəsində avtomobilin sürücüsü, rayonun İbrahimhacılı kənd sakini Afiq Qasımov xəsarət alıb. Sürücüyə müvafiq tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.