Tramp ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin azaldılmasına göstəriş verib
Vaşinqton, 25 avqust, AZƏRTAC
Şimali Koreya lideri Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu bildirən ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Cənubi Koreya ilə birgə hərbi təlimlərdə iştirakından narazılığını ifadə edib.
AZƏRTAC xəbər verir ki, Tramp “Truth” sosial şəbəkəsində paylaşımında bu təlimlərin həm böyük maliyyə xərcləri yaratdığını, həm də onun prezidentliyi dövründə ABŞ-yə qarşı təhdid və hörmətsiz davranmayan Şimali Koreyaya düşməncəsinə siqnal göndərdiyini qeyd edib.
“Buna görə də, təlimlərin ləğvi üçün artıq gec olduğunu nəzərə alaraq, Hərbi katib Pit Heqsetə birgə hərbi təlimlərin əhəmiyyətli dərəcədə azaldılması barədə göstəriş verdim”, – deyə Tramp bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]