Tramp: ABŞ Rusiyanın dondurulmuş aktivləri ilə bağlı müzakirələrdə iştirak etmir
Bakı, 27 oktyabr, AZƏRTAC
ABŞ Ukraynaya kredit verilməsi üçün Rusiyanın Avropa İttifaqındakı dondurulmuş aktivlərinin mümkün istifadəsi ilə bağlı müzakirələrdə iştirak etmir.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu təyyarənin göyərtəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Avropa Komissiyası hazırda Brüsseldəki “Euroclear” maliyyə platformasında saxlanılan dondurulmuş Rusiya aktivlərindən təxminən 170 milyard avro istifadə etməyi nəzərdən keçirir. Bu vəsaitin 140 milyard avrosunun Ukraynaya “təzminat krediti” kimi verilməsi planlaşdırılır.
Qeyd edək ki, bir müddət öncə, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Avropa İttifaqı ölkələrinin liderlərinin Brüsseldə keçirilən sammitin gedişində bu təşəbbüsün həyata keçirilməsi üçün əsas aspektləri müəyyən etdiklərini deyib.
Belçikanın Baş naziri Bart De Vever isə öz növbəsində Avropa Komissiyasının Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək planının mahiyyət etibarilə müsadirə demək olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]