Tramp: ABŞ Suriyada zəhmət və qətiyyətlə əldə edilən nəticələrdən çox məmnundur
Vaşinqton, 1 dekabr, AZƏRTAC
ABŞ Suriyada zəhmət və qətiyyətlə əldə edilən nəticələrdən çox məmnundur.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. O bildirib ki, ABŞ Suriya hökumətinin çiçəklənən bir ölkə qurmaq üçün gördüyü işin davamlı olmasını təmin etmək üçün əlindən gələni edir.
“Onlara çox kömək edən addımlardan biri də çox güclü və sərt sanksiyaların ləğvi oldu. İsrailin Suriya ilə güclü və həqiqi dialoq aparması və Suriyanın çiçəklənən bir dövlətə çevrilməsinin qarşısını alacaq hansısa halın baş verməməsi çox vacibdir. Suriyanın yeni Prezidenti Əhməd əl-Şaraa yaxşı hadisələrin baş verməsi və həm Suriya, həm də İsrailin birlikdə uzun və perspektivli münasibətləri olması üçün səylə çalışır. Bu, tarixi bir fürsətdir”, - deyə Tramp qeyd edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]