Tramp danışıqlarda irəliləyiş əldə ediləcəyi təqdirdə İran liderləri ilə görüşməyə hazır olduğunu bildirib
Vaşinqton, 20 aprel, AZƏRTAC
Vitse-prezident Cey. Di. Vens ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner İranla danışıqlar aparmaq üçün Pakistana gedirlər. Onların yerli vaxtla bazar ertəsi gecəsi İslamabada çatacaqları gözlənilir.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “New York Post” qəzetinə verdiyi açıqlamada deyib. O, danışıqlarda irəliləyiş əldə ediləcəyi təqdirdə İranın yüksək vəzifəli liderləri ilə görüşməyə hazır olduğunu bildirib.
"Danışıqlar aparmalıyıq. Ona görə də hazırda heç kim oyun oynamır", - deyə ABŞ Prezidenti əlavə edib.
Trampın sözlərinə görə, danışıqların mərkəzində duran məsələ odur ki, İran nüvə silahı əldə etməkdən imtina etməlidir.
“Nüvə silahlarından qurtulun. Hər şey çox sadədir. Nüvə silahı olmayacaq”, - deyən ABŞ Prezidenti əlavə edib ki, İran razılığa gələrsə, inkişaf etmək potensialına malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [19:20]
Almaniyanın strateji məhsullar üzrə Çindən asılılığı daha da artır
- 26.05.2026 [19:12]
Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub
- 26.05.2026 [17:21]
Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
- 26.05.2026 [16:27]
Tehran: ABŞ-nin atəşkəs rejimini pozması cavabsız qalmayacaq
- 26.05.2026 [15:29]