Tramp meşə təsərrüfatının idarə edilməsini təkmilləşdirməyə çağırıb
Vaşinqton, 15 sentyabr, AZƏRTAC
Prezident Donald Tramp ABŞ-ın qərb sahillərində meşə yanğınlarının tüğyan etməsinə görə meşə təsərrüfatının rəhbərliyini təqsirləndirib.
AZƏRTAC xəbər verir ki, Tramp sentyabrın 14-də Kaliforniyada səfərdə olarkən meçə təsərrüfatının rəhbərliyini kəskin tənqid edib. Qubernator Gevin Nyusom və Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden isə öz növbəsində bildiriblər ki, yanğınların geniş yayılmasına səbəb olan əsas amil iqlimin dəyişməsidir.
Tramp 10 ştatda azı 35 nəfərin həlak olması, 4,6 milyon akrdan artıq sahənin yanması və 100 minlərlə insanın təxliyə edilməsi ilə nəticələnmiş yanğınlar barədə ətraflı məlumat almaq üçün Kaliforniya ştatının paytaxtı Sakramento şəhərinə gedib.
“Bu, böyük problemdir və o həll ediləcək”, - deyən Prezident daha sonra əlavə edib ki, administrasiya Kaliforniya sakinlərini dəstəkləməkdə davam edəcək.
İki saat davam etmiş səfər müddətində Tramp Kaliforniya Milli Qvardiyasının xidmətlərinin dəyərləndirilməsi mərasimində iştirak edib və qubernator Nyusom ilə görüşüb. İqlim dəyişməsinin təsirinin artmaqda davam etdiyini vurğulayan qubernator Prezidentin göstərdiyi köməyə görə ona təşəkkür edib.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]