Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tramp-Putin görüşü: Helsinki sınağının bir sıra məqamları

Tramp-Putin görüşü: Helsinki sınağının bir sıra məqamları

Müasir mərhələdə dünyanın ciddi geosiyasi problemlərini həll etmək, əlbəttə, o qədər də asan deyil. Xüsusilə, uzun müddətdir ki, böyük dövlətlər nüfuz uğrunda amansız mübarizə aparırlar. Müxtəlif regionlarda - Yaxın Şərqdə, Şərqi Avropada, Cənubi Qafqazda və Mərkəzi Asiyada həllini gözləyən münaqişələrdə hələ də qan tökülür. Bunlara son zamanlar daha geniş miqyas alan ticarət müharibəsi də əlavə olunub. Bununla dünya daha mürəkkəb geosiyasi vəziyyətə yuvarlanmaqdadır. Helsinkidə D.Trampla V.Putinin danışıqları bütün bunların fonunda çox aktual görünürdü. Ekspertlər görüşün səmərəli olub-olmayacağına dair proqnozlar verir, fikir bildirirdilər. Artıq bu məsələləri daha geniş kontekstdə təhlil etmək zərurəti yaranıb.

Problemlər və ümidlər: müzakirə öncəsi qeyri-müəyyənliklər

Bütün dünya Donald Tramp-Vladimir Putin görüşünü maraqla gözləyirdi. İnsanlara elə gəlirdi ki, bu iki lider dünyanın bütün problemlərini həll edə bilərlər. Hər bir halda, ABŞ-Rusiya münasibətlərinin taleyinin bütövlükdə bəşəriyyətin gələcəyinə ciddi təsir edə biləcəyinə inananlar az deyil. Burada bir həqiqət var. Çünki bu iki dövlət dünyanı bir neçə dəfə məhv edə biləcək nüvə silahına malikdir. Onların hərbi gücü olduqca çoxdur və aktiv siyasət yeridirlər. Müqayisə üçün deyək ki, dünyanın ikinci güclü dövləti olmasına baxmayaraq, Çin Rusiya qədər geosiyasi mühitdə aktivlik göstərmir.

Bəlkə də insanlar intuitiv olaraq bunların təsiri altında Tramp-Putin görüşünə həm də xilas imkanı kimi baxırdılar. Bunlarla yanaşı, masada dünyanın müxtəlif regionlarında özünü göstərən bir sıra münaqişələrin həllində Vaşinqton və Moskvanın birbaşa rol oynaması faktoru da mövcuddur. Məsələn, Ukrayna, Şimali Koreya, Suriya kimi məsələlərdə hər iki dövlətin böyük təsir gücünə malik olduğu sirr deyil.

Ümidlər özünü doğrultdumu? Liderlər hansısa razılığa gələ bildilərmi? Gəlinən qərarlar haqqında demək olar ki, informasiya verilmir. Lakin liderlərin görüşdən sonra keçirdikləri mətbuat konfransında ifadə etdikləri fikirlərə əsasən ümumi qənaətlər əldə etmək mümkündür.

Hər şeydən öncə, belə təəssürat yaranır ki, prezidentlər bu görüşdən daha çox tanışlıq və bir-birinin nəbzini yoxlamaq üçün istifadə ediblər. Onlar məsələləri konkret qoysalar da, daha çox qarşı tərəfi dinləməyə üstünlük veriblər. Bu üsuldan kimin daha çox istifadə etməsi bu halda elə də önəmli deyil. Çünki hər iki lider kifayət qədər təcrübəli və məlumatlıdır. Brifinqdə səsləndirilən fikirlərin məzmunundan aydın olur ki, prezidentlər özləri üçün aktual olan və ortaq şəkildə həll edilməsinə ehtiyac duyduqları məsələləri analiz ediblər. Burada Suriya, İsrail, Ukrayna, İran və Şimali Koreya məsələləri əsas yer tutub.

Lakin maraqlıdır ki, görüşdən öncə D.Tramp yenə də çoxlarını təəccübləndirən bəyanatlar vermişdi. O, V.Putinlə görüşə ciddi hazırlaşdığını demiş, Rusiya Prezidentinin çox güclü olduğunu bəyan etmiş və onunla yaxşı danışıqlar aparacağını qeyd etmiş, hətta bir qədər də irəli gedərək Avropa İttifaqı və Çinlə bərabər Rusiyanı da Amerikanın düşməni saydığını ifadə etmişdi. Ekspertlər vacib görüş ərəfəsi ABŞ Prezidentinin nəyə görə bu cür danışdığını anlamağa çalışırlar.

Məsələ ondan ibarətdir ki, D.Tramp bu fikirləri ilə istənilən müzakirəyə hazır olduğunu və fikirlərini konkret deyəcəyini bildirib. O, "öncə Amerika" şüarından bir addım belə kənara çıxmayacağını bəyan edib. Bu məsələdə hətta Avropa ölkələrinə belə güzəştin olmayacağını çatdırıb. Belə olduqda, təxmin etmək olar ki, D.Tramp sanki V.Putinə mesaj verib: "biz dost ola bilərik, yalnız bu şərtlə ki, ABŞ-ın maraqlarına toxunulmasın". Bu yolda hətta Aİ-dən belə imtina edilə bilinər!

Deməli, D.Tramp topu görüşdən öncə faktiki olaraq V.Putinin meydanına atıb. Ancaq çətin ki, Rusiya Prezidenti bu tələyə düşsün. Çünki həm keçən əsrin 70-80-ci illərinin acı təcrübəsi unudulmayıb, həm də Moskvanın geosiyasi iddiaları Trampın təklifindən daha geniş məzmunludur.

1970-1980-ci illərdə Henri Kissincerin aktiv diplomatik fəaliyyəti nəticəsində Vaşinqton Moskvanı Pekindən ayıra bilmişdi. Nəticəsi SSRİ-nin dağılması və Rusiyanın faktiki olaraq supergüc statusunu itirməsi oldu. Onun dünya proseslərinə təsiri sürətlə azaldı. Təbii ki, indi V.Putin bu halın təkrarlanmasına imkan verməz. Bu səbəbdən də Helsinki görüşündən sonra D.Tramp "Putin çox güclüdür" deyib.

Ortaq mövqe: hələ çox var

Doğrudur, bir sıra ekspertlər bunu Donald Trampın Vladimir Putini aldatması kimi izah etməyə çalışırlar. Onlar konkret olaraq Krım məsələsində Trampın Putini irəli verdiyini iddia edirlər. Mətbuat konfransında Krım ilə bağlı suala D.Tramp cavab verməyib, əvəzində, Amerikanın mövqeyini V.Putin ifadə etməli olub. Rusiya Prezidenti deyib: "O (D.Tramp nəzərdə tutulur - red.), Krımın Rusiyaya qanunsuz birləşdirilməsi haqqında danışır. Biz hesab edirik ki, referendumu beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə ciddi uyğunluqda keçirmişik. Bizim üçün, Rusiya Federasiyası üçün bu sual bağlanıb" (bax: Трамп жестоко обманул Путина в Хельсинки / Dni.ru, 17 iyul 2018).

Ancaq burada V.Putinin aldanıldığına dəlalət edən bir məqam belə yoxdur. Əksinə, Rusiya Prezidenti açıq bildirib ki, Moskva Vaşinqtonun Krımla bağlı mövqeyini dəqiq bilir və onunla razılaşmır. Kreml D.Trampın NATO sammitində "Krım Rusiyanındır, çünki orada rus dilində danışırlar" kimi ifadələrini ciddi qəbul etmir. Əgər V.Putin bu fikri ciddi qəbul etdiyini Helsinkidə desəydi, onda aldanmış olardı. Əvəzində, Rusiyanın dövlət başçısı birbaşa D.Trampın üzünə deyib ki, "bu sual bizim üçün bağlıdır, müzakirə edilməz"! D.Tramp isə cavabında heç bir şey deməyibsə, deməli, ən azından V.Putinin mövqeyinin qəti olduğuna əmindir.

Tərəflərin digər məsələlərlə bağlı da hansısa razılığa gəldiyini əks etdirən fikrə rast gəlinmir. O cümlədən bəzi ekspertlərin bir proqnozu özünü doğrultmadı. Onlar deyirdilər ki, Helsinkidə Suriya ilə Ukraynanı "dəyişəcəklər". Yəni, D.Tramp Suriyada Rusiyanın dominantlığını qəbul edəcək, əvəzində isə V.Putin Ukrayna məsələsində güzəştə gedəcək. Təbii ki, bu cür sövdələşmənin baş tutacağına inanmaq çətin idi. Çünki Rusiya heç zaman öz sərhədlərinin bilavasitə yaxınlığında olan münaqişəni Yaxın Şərqdəki münaqişə ilə əvəzləyə bilməz. Ukrayna Rusiya üçün həyati məsələdir. O cümlədən Krım strateji faktordur. Prezidentlərin bəyanatlarından da göründüyü kimi, bu barədə hansısa razılıq əldə edilməyib.

Müzakirələrdə maraqlı məqamlardan biri tərəflərin İsrailin təhlükəsizliyi ilə bağlı demək olar ki, ortaq mövqe nümayiş etdirməsi olub. Rusiya Prezidenti Suriyanın cənubunda terror qruplarının məhv edilməsinin Holan təpələri məsələsində 1974-cü il şərtlərinə qayıtmaq şansı verdiyini ifadə edib. Niyə məhz 1974-cü il şərtləri? Məlumdur ki, Holan təpələri 23 il Suriyanın nəzarətində olub (1944-1967-ci illər). 1967-ci ildə İsrail 24 saat ərzində buranı tutub. İsrail Suriya və Misir ordusunu məğlub edib.

1974-cü il mayın 31-də "Suriya və İsrail arasında qüvvələrin ayrılması haqqında müqavilə" imzalanıb. Həmin müqaviləyə görə, Holan yüksəkliklərinin A xəttindən şərqə doğru olan bütün ərazisi Suriyaya verilib. Lakin 1981-ci ildə İsrail parlamenti Holan yüksəkliklərinin İsrail ərazisi olduğu barədə qərar qəbul edib, BMT isə onu tanımayıb.

V.Putinin indiki təklifi onu göstərir ki, Moskva İsrail parlamentinin qəbul etdiyi həmin qərarı tanımaq istəmir və Holan yüksəkliklərinin bir hissəsinin Suriyaya aid olduğunu qəbul edir. Bu, Vaşinqtonun Yaxın Şərq siyasətinə uyğun deyil. Çünki D.Tramp faktiki olaraq İsraili müdafiə etmək mövqeyini tutub. Deməli, bu məsələdə də tərəflər arasında fikir ayrılığı qalmaqdadır.

Bütün bunlar D.Tramp-V.Putin görüşünün səmərəsiz olması anlamına gəlmir. Əksinə, onu göstərir ki, liderlər dünya üçün aktual olan problemlərin birbaşa müzakirəsi prosesinə başlayıblar. Buraya orta və kiçik mənzilli raket silahları ilə bağlı sazişin hazırlanması da daxildir. Həmin məsələni müzakirə etmək üçün ekspertlər qrupu yaradılıb. Eyni qayda ilə Suriyada əməkdaşlığı daha sistemli hala gətirmək haqqında razılıq əldə olunub.

Beləliklə, iki böyük dövlətin müzakirələri Helsinkidən başlayıb. Onlar hələlik yalnız bundan danışa bilərlər. Özlüyündə uğurdur. Prezidentlər də belə hesab edirlər. Başlanğıcdakı uğuru konkret problemlər üzrə razılıq səviyyəsinə yüksəldə bilib-bilməyəcəkləri başqa məsələdir. Bunu isə zaman göstərəcək!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır VİDEO

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır VİDEO