TRT radiosunda Bakının daşnak-bolşevik işğalından azad edilməsinə həsr olunan proqram yayımlanıb
İstanbul, 16 sentyabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin “TRT İstanbul” radiosunda yayımlanan “Azərbaycan Rüzgarı” verilişinin bu həftədəki proqramı Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 106-cı ildönümünə həsr olunub.
AZƏRTAC xəbər verir ki, əvvəl proqramda şəhidlərin xatirəsi yad edilib, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan musiqilər səsləndirilib. Verilişdə tarixi hadisələr, o cümlədən Bakının tarixi haqqında məlumat verilib, şerlər oxunub.
Proqrama telefon bağlantısı ilə qatılan Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç iki qardaş ölkə arasındakı əsrlərdən gələn birlik və həmrəylikdən bəhs edib, daima bir-birinin köməyinə yetdiyini vurğulayıb.
Xatırladaq ki, əvvəllər Türkiyə televiziyasında ekrana çıxan “Azərbaycan Rüzgarı” proqramı bu ilin əvvəlindən yeni formatda “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında yayımlanmağa başlayıb. Proqramın müəllifi və aparıcısı İstanbul Universitetinin doktorantı, həmvətənimiz Səidə Ömərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [11:39]
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:31]
Dərmanların təhlükəsizliyi necə qorunur?
- 09.06.2026 [11:27]
“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]