“Turan Tovuz”un qapıçısı Premyer Liqada 8 oyundur qol buraxmır
Bakı, 10 mart, AZƏRTAC
“Turan Tovuz”un qapıçısı Sergey Samok Premyer Liqada meydana çıxdığı ardıcıl 8-ci oyunda qapısını toxunulmaz saxlayıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXIII turunun “Neftçi” ilə görüşündə (1:0) etibarlı çıxış edən qolkiper cari mövsüm meydana çıxdığı 6 matçın heç birində qol buraxmayıb.
Samok ötən çempionatın son iki turunda da “quru oyun” keçirib. O, sonuncu dəfə 2024/2025-ci illər mövsümünün XXXIV turunda qol buraxıb.
Rusiyalı qapıçı “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutan ev matçında (1:2) rəqibin fərqlənməsinə mane ola bilməyib. Həmin görüşdə sonuncu qolu 32-ci dəqiqədə Dembo Darbo vurub. Buraxılan topdan sonra Samok “quru dəqiqə”lərinin sayını 778-ə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]