“Turan Tovuz”un yoxlama oyunlarındakı rəqibləri məlum olub
Bakı, 2 yanvar, AZƏRTAC
Mövsümün ikinci hissəsinə hazırlıq məqsədilə Türkiyəyə yollanacaq "Turan Tovuz" komandasının yoxlama görüşlərindəki rəqibləri bəlli olub.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, yanvarın 17-dək Antalyada hazırlıq keçəcək Tovuz təmsilçisi ilk yoxlama oyununa yanvar 9-da çıxacaq. Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq.
Hazırlıq çərçivəsində növbəti oyunlar isə yanvarın 15-də reallaşacaq. Həmin gün baş məşqçi Ayxan Abbasov komandasını iki görüşdə sınaqdan keçirəcək. Günün ilk oyununda komanda Macarıstan təmsilçisi “Şiofok”la qarşılaşacaq. İkinci oyundakı rəqib isə Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf” olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]