TURİN OLİMPİADASI GÜNLƏRİNDƏ HAVA HÜCUMUNDAN GÜCLÜ MÜDAFİƏ TƏDBİRLƏRİ GÖRÜLƏCƏK
General demişdir: “Hava sipəri sistemi ilk dəfə 2002-ci ilin mayında, Roma yaxınlığındakı Pratika-di-Mare aviasiya bazasında Rusiya-NATO zirvə toplantısı zamanı sınaqdan çıxarılmışdır. Bu təcrübə digər ölkələr üçün, məsələn, 2004-cü ilin Afina Olimpiadası zamanı Yunanıstan üçün nümunə olmuşdur”.
İtaliya HHQ qərargahının başçısı demişdir: “Turin Olimpiadası üçün gələn ilin fevralında bir sıra çevik tədbirlər görüləcəkdir. Bu zaman qırıcı təyyarələr uçuşa hər an hazır olacaq, hava hücumundan müdafiə raketləri sistemi yüksək hazırlıq vəziyyətinə gətiriləcəkdir. Kiçik uçuş aparatlarının hücumlarını dəf etmək üçün silahlı vertolyotlar havada daim keşik çəkəcəkdir”.
General bildirmişdir ki, İtaliya Daxili İşlər Nazirliyi hərbçilərə Olimpiadaya terror təhlükələrinin mümkünlüyü barədə real vaxtda məlumat verəcəkdir. Trikariko Fransa və İsveçrə ilə əməkdaşlığın zəruriliyini də vurğulamışdır, çünki Turin şəhəri bu ölkələrlə sərhədin yaxınlığında yerləşir.