Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Türk dünyası” - Türk sivilizasiyasının varlığını inkar edənlərə ən tutarlı cavab

“Türk dünyası” - Türk sivilizasiyasının varlığını inkar edənlərə ən tutarlı cavab

Bakı, 29 oktyabr, AZƏRTAC

Tarixin bütün dönəmlərində türklər özlərinin qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri ilə seçilmiş, dünyanın ən üstün dəyərlərə malik sivilizasiyalarından birinin sahibi olmuşlar. Bu gün qloballaşan dünyada türkün sarsılmaz gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirmək üçün onun birliyinin bərpa olunmasına ciddi ehtiyac var. Qırx dörd günlük Vətən müharibəsi bir daha Azərbaycan-Türkiyə birliyinin timsalında türkün gücünü və yenilməzliyini bütün dünyaya göstərdi.

Hazırda bəşər sivilizasiyası tarixində özünəxas yeri olan türk sivilizasiyası, türk mədəniyyəti, elmi, dövlətçiliyi, hərb sənəti və sair sahələrin hərtərəfli öyrənilməsi üzrə geniş araşdırmalar aparılır, fundamental elmi əsərlər yazılır. Beş cilddən ibarət olan “Türk dünyası” toplusu da bu sahədə ən qiymətli tədqiqat işidir.

Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru Gülarə Abdullayevanın sözügedən tədqiqat işi barədə “Türk dünyası” - Türk sivilizasiyasının varlığını inkar edənlərə ən tutarlı cavab” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Toplunun müəllifi - tanınmış ictimai-siyasi xadim, fəlsəfə üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Cavanşir Feyziyev, dünya içində böyük bir dünyanın - Türk dünyasının ən qədim dövrlərindən bu günədək keçdiyi şanlı yolu universal bir tədqiqatçı bacarığı ilə araşdırıb, türkün böyüklüyünü, bütövlüyünü, əzəmətini və zənginliyini göstərib, türk dünyasının vəhdətini elmi əsaslarla təqdim etməyə nail olub. Beş cilddən ibarət “Türk dünyası” əsərində müəllif türk dünyasının xüsusiyyətlərini real faktlar, dolğun və zəngin məlumatlar əsasında əks etdirməklə türklüyün bütövlük gerçəkliyini sübut edir. Elmi redaktorları akademik Yaqub Mahmudov və professor Fərman İsmayılov olan “Türk dünyasının təməl dəyərləri” adlı I kitabda 26 məqalə təqdim olunub və bu məqalələrdə türk sivilizasiyasının tarixi təkamülü və təməl dəyərləri, türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri, universal-multikulturalist dünyagörüşü və onların müasir dünyadakı mövqeyi haqqında geniş məlumat verilir. Müəllif türk sivilizasiyasının dünyanın fundamental dəyərlərə malik ən seçkin sivilizasiyalarından biri olduğunu bildirir.

C.Feyziyev türk sivilizasiyasının varlığını şərtləndirən ən mühüm amilin onun dünya dil ailələrindən fərqli linqvistik sistemə - Altay dilləri qolunda türk dilləri ailəsinə mənsub bir superetnosun sivilizasiyası kimi təşəkkül tapdığını, onun ayrı-ayrı təzahürlər şəklində deyil, sistem və proses şəklində mövcud olduğunu elmi faktlar və zəngin mənbələrə istinad etməklə göstərib. Müəllif haqlı olaraq vurğulayır ki, mədəniyyət içərisində mədəniyyətlərin olması faktını təsdiq etmək mümkün deyil. C.Feyziyev bildirir ki, türklər öz tarixi inkişaf proseslərində bir-biri ilə genetik bağlılıqda olan fərqli mədəniyyətlər yetişdiriblər. Bu mədəniyyətlər universal və özünəməxsus dəyərlərə malik mədəniyyətlər kimi şəbəkələnmiş və məhz bu mədəniyyətlərin ümumi məcmusu türk sivilizasiyasını yetişdirmişdir. Müəllif qeyd edir ki, bütün funksionallığı ilə Avrasiyanın zəngin təbiətini, etnosfer rəngarəngliyini, folklor arxetiplərini öz məğzində tarix boyu yaşada və onların vəhdətini mənəvi enerjiyə, hərbi-siyasi mütəşəkkillik qüdrətinə çevirə bildiyi üçün türk sivilizasiyası sözün əsl mənasında passionar sivilizasiyadır. C.Feyziyevin kitabı türk sivilizasiyasının varlığını bu və ya digər şəkildə inkar edənlərə, türklərin yalnız mədəniyyətinin təşəkkül tapdığını, onların sivilizasiya yaratmaq səviyyəsinə çata bilmədiyini iddia edənlərə tutarlı cavabdır.

Əsərdə eramızdan əvvəl birinci minilliyin əvvəllərindən Mərkəzi Asiyanın qüdrətli etnosu kimi tarix səhnəsinə gəlmiş və yaşadığı ilk yurd indiki Monqolustanın şimal-şərq və şimal-qərb hüdudları, Altay dağlarının ətrafı, Yenisey və Selenqa çayı boyunca Abakan, Tuba və Ötükən əraziləri olan türklərin yaşadığı coğrafiyanın dəyişmələrə, dəfələrlə genişlənmə və daralmalara məruz qaldığını bildirən müəllif müasir dövrdə türk etnocoğrafiyası haqqında müfəssəl məlumatlar sərgiləyir.

Türk etnogenezinin təşəkkülündə iştirak edən hun etnosu haqqında tarixi mənbələrə istinad etməklə əhatəli məlumat verən tədqiqatçı belə qənaətə gəlir ki, türklər artıq VII-VIII əsrlərdə Mərkəzi Asiyanın dominant xalqına və hərbi-siyasi gücünə çevrilmiş, tarixi baxımdan Avrasiyanın böyük hun ənənəsi türk epoxası ilə əvəz olunmuşdur.

Əsərdə göstərilir ki, Türk dünyasının tarixi geopolitikası böyük Hun imperiyasının təşəkkülündən Göy Türk imperiyasının sonunadək davam edən dövr, İslam dövrü, XX əsrin əvvəllərindən müasir dövrümüzədək davam edən dövr olmaqla üç epoxal fazadan ibarətdir və onların hər biri haqqında ətraflı məlumat verilir.

Kitabın “Türk dilləri ailəsi” başlıqlı hissəsində bir dilçi mövqeyindən çıxış edən müəllif dünyanın dil ailələri sırasında türk dilləri ailəsinin mövqeyi, bu dillərin təsnif prinsipləri, türk dillərinin yayılma coğrafiyası, işlənmə intensivliyi kimi məsələləri araşdırır və oxucunu maraqlı məlumatlarla tanış edir. Əsərdə haqlı olaraq vurğulanır ki, türk dilləri ailəsi içərisində bu sistemin universal bir dili kimi bütün türk xalqları tərəfindən anlaşılan Türkiyə türkcəsinin Birləşmiş Millətlər Təşkilatının beynəlxalq dilləri sırasında yer almasına tam haqqı var.

Kitabda müəllifin Türk diplomatiyası tarixinə baxışı da çox maraqlıdır. Müəllif hunların varisi olan Göytürk imperiyasının Avrasiya dövlətləri ilə hərbi, siyasi və diplomatik münasibətlərindən başlayaraq hazırkı dövrdə türk dövlətlərinin dünya ilə münasibətlərini və o cümlədən öz aralarındakı münasibətləri də təhlil edib. C.Feyziyev qeyd edir ki, türk dövlətləri öz aralarındakı ikitərəfli və çoxtərəfli münasibətlərin, strateji müttəfiqliyin ən yüksək səviyyəsini bütün istiqamətlərdə əldə etməli, ortaya çıxa biləcək hər hansı problemi qeyri-türk dövlətlərinin müdaxiləsi olmadan ümumi konsensus əsasında həll etməli, türk diplomatiyasının üstünlüyünü, çevikliyini və demokratizmini ilkin olaraq bu taktiki planda həyata keçirməli, strateji planda isə həmin konsensus mövqeyini beynəlxalq siyasətin aparıcı tendensiyaları ilə uzlaşdırmağa çalışmalıdır.

Kitabın “Türklər və İslam” başlıqlı hissəsi də maraqlı fikirlər və faktların zənginliyi ilə diqqəti cəlb edir. Türklərin ərəb və farsdilli ədəbiyyatın, elmin və ilahiyyatın, fəlsəfə və incəsənətin, ümumən İslam mədəniyyətinin tərəqqisində müstəsna rol oynadığını qeyd edən müəllif belə bir fikir yürüdür: “Türk sivilizasiyası həm islamaqədərki tarixi, həm İslam dövrü, həm də modern dövrünün ardıcıllığını və inteqral birliyini nəzərdə tutan gələcəkyönlü konseptual yanaşmada öz həqiqi dəyərini almış olur”.

Kitabın “Türklər və imperializm” başlıqlı hissəsində müəllif imperializmin yaratdığı nəticələri, eyni zamanda, Azərbaycanın məruz qaldığı siyasi prosesləri faktlara istinad etməklə təhlil etmiş və belə bir qənaətə gəlmişdir ki, türk xalqlarının yaşadığı çox geniş coğrafi məkanda son onilliklərə - müstəqilləşmə epoxasına qədər imperializm siyasəti bu və ya digər formada, lakin ardıcıl olaraq yeridilmiş, bu xalqların nəinki ərazilərinə, həm də milli sərvətlərinə, fiziki və intellektual sərvətlərinə sahiblik edilmiş, bütün maddi və mənəvi ehtiyatlar həmin siyasətin nəzarəti altına alınmışdır. Müəllif təkcə tarixi prosesi elmi təhlildən keçirməklə işini tamamlamır, eyni zamanda, hazırda müstəqil türk dövlətlərinin əməkdaşlıq siyasətinə təhlükə törədə bilən amillər arasında iki zidd tendensiyalı prosesə diqqət yetirməyin zəruriliyini, hər ikisinin eyni dərəcədə təhlükəli olduğunu da vurğulayır: “Bir tərəfdən, Avrasiyada hegemonluq iddiasında olan qüvvələrin təxribatı, digər tərəfdən, radikal dini-ideoloji ekstremizmin törətdiyi təhlükə”.

“İnkişaf etmək istəyən cəmiyyətlər bəşəriyyətin qabaqcıl nailiyyətlərindən bəhrələnmədən heç bir irəliləyiş əldə edə bilməzlər”, - ideyası üzərində yazılan “Türklər və modernləşmə” başlıqlı məqalədə müəllif bildirir ki, türklər qədim zamanlardan dünyanın üstün dəyərlərinə sahib olmağa - onları yaratmağa və mənimsəməyə çalışmışlar. Bu məqalədə türklərin üç nəhəng imperiyasından - Osmanlı, Səfəvi və Moğol imperiyasından başlamış cümhuriyyət dövrünədək keçdiyi şanlı yol nəzərdən keçirilir, hadisələrə siyasi təhlillər verilir, eyni zamanda, Azərbaycanın rus imperiyasının tərkibində olduğu dövr, bu dövrün mütərəqqi ziyalıları, onların apardığı mübarizə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması kimi tarixi hadisələr araşdırılır. C.Feyziyev belə bir qənaətə gəlir ki, qlobal idarəetmənin gələcək inkişaf ssenarilərində türk sivilizasiyasının təmsilçiliyinin təmin olunması gələcəyin qlobal siyasət meydanında müstəqil türk dövlətlərinin müqəddəratını həll edəcək bir məsələyə çevrilir.

Kitabın “Türk ədəbiyyatı”, “Türk incəsənəti”, “Türk musiqisi”, “Türk xalçaçılığı”, “Türk miniatürü”, “Türk memarlığı” adlı başlıqlarda diqqətə çatdırılan məsələlər də xüsusi maraq doğurur. Türk sivilizasiyasının müxtəlif parametrlərini əks etdirən bu bölmələr uyğun sahə üzrə tədqiqat aparacaq mütəxəssislər üçün son dərəcə qiymətli mənbə rolunu oynaya bilər. Kitabda bu məsələlərlə bağlı araşdırmaları maraqlı fotoşəkillər müşayiət edir ki, bu da söylənilən fikirlərin doğruluğunu təsdiqləyən faktlar kimi çox qiymətlidir.

Kitabın “Türk elmi və fəlsəfəsi” adlı bölümündə müəllif qeyd edir ki, hələ eramızdan əvvəlki minilliklərdə - neolit dövründə sivilizasiya həyatının ilk elementlərinə yiyələnməyə başlamış türklərin alim və mütəfəkkirləri nəzəri, praktiki və humanitar elmlərin bütün istiqamətlərində böyük nailiyyətlərə imza atmış, Qərb dünyasında modernləşmə epoxasının başlamasına Avropa alimləri ilə birlikdə ideya təməli yaratmışlar.

“Türklərin etnopsixologiyası” bölməsində türklər üçün səciyyəvi olan aşağıdakı xüsusiyyətlər göstərilir: 1. Türk ağıl və gücə sahib olmaqla başlını baş əydirmiş, dizlini diz çökdürməyi bacarmışdır; 2. Türk əxlaqi-psixoloji şərtinə görə dövlətin bəyləri də, milləti də doğru olmalıdır; 3. Türk güclü olmalıdır, dözümlü olmalıdır; 4. Türklərdə əsil-nəcabətə fikir verilsə də, bu Avropada və digər Asiya dövlətlərində olduğu kimi sinfi fərqlilik, təbəqələşmə xarakteri daşımır.

Türk sivilizasiyasının epik düşüncə mədəniyyətinin məhsulu olan “Oğuz Kağan”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Manas” kimi qəhrəmanlıq eposlarına diqqəti yönəldərək, müəllif vətənpərvərlik, mübarizlik, qəhrəmanlıq, yenilməzlik, sədaqət, məsuliyyət, xeyirxahlıq, alicənablıq, işgüzarlıq, uzaqgörənlik, təmkinlilik, etibar, gözütoxluq, dövlətçilik əxlaqı, ailə namusu, insansevərlik, düzlük, mərhəmət, ehtiram, bərabərlik, əqidə və məfkurə sağlamlığı və sair kimi bütün nəcib keyfiyyətlərin türk etnopsixologiyasının tarixən formalaşmış və həmişə də zənginləşməkdə davam edən əxlaqi dəyərləri olduğunu vurğulayır.

Kitabda “Türklərin adət-ənənələri və milli bayramları” adlı bölmədə ta qədimlərdən üzü bəri yol alıb gələn və türk təfəkkür tərzini özündə ehtiva edən adət-ənənələr, bayramlar haqqında əhatəli məlumat verilir, bu məsələ ilə bağlı maraqlı fotolar təqdim edilir.

“Multikulturalizm arxetipləri” başlığı ilə təqdim olunan məqalədə tarixi həyatının erkən mərhələlərindən başlayaraq, müxtəlifsoylu etnoslarla təmasda olan və həmişə birləşdirici mövqedə olan türklərin bu gün mövcud olan dövlətlərinin çoxmillətli, çoxdilli, çoxmədəniyyətli ölkələr olaraq, qlobal sivilizasiyanın, ümumbəşəri dəyərlərin inkişafında mühüm rol oynaması ideyası öz ifadəsini tapır. O cümlədən Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının ölkəmizdə gerçəkləşən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsi olduğu göstərilir.

“Türk parlamentarizm ənənələri” adlı məqalədə tarixi mənbələrdə türk dövlət məclisləri barədə ilkin məlumatların Hun imperiyası dönəminə təsadüf etdiyini vurğulayan müəllif həmin dövrdən başlayaraq, uzun bir yolu qət edən türklərdə parlament idarəetməsi ilə bağlı ənənəni şərh edir, o cümlədən Azərbaycanın Şərqdə ilk parlamentli respublika olması və onun tarixi mövqeyi haqqında ətraflı təhlil aparılır.

Kitaba daxil olan “Türklər və müasir dünya” adlı sonuncu məqalədə müəllif hazırda türklərin yaşadığı coğrafi ərazinin genişliyini xəritələrlə təqdim edir. Son olaraq kitab belə bir fikirlə tamamlanır: “Müasir dünyanın geopolitik miqyasına görə ən böyük parçası olan Türk dünyasının bu gün çatmalı olduğu real bir məqsəd var: Avrasiyadakı tarixi vətəninin heç kimə yox, məhz türklərə məxsus olduğunu sübut etmək - qlobal inteqrasiyanın türkmərkəzli Avrasiya modelini yaratmaq”.

Kitabın ilk səhifələrindən başlayaraq müəllifin bütün əsər boyu təlqin etdiyi fikirlər, göstərdiyi faktlar, istinad etdiyi məxəzlər bu məqsədin hazırda Türk dünyasının real haqqı olduğunu təsdiqləyir. Kitab Türk dünyası ilə bağlı əsas fakt, mövzu və problemləri əhatə etməklə zəngin informasiya qaynağı kimi çox qiymətlidir. Müəllif geniş təhlillər, ümumiləşdirmələr əsasında müasir Türk dünyası haqqında tam və yeni elmi mənzərə yaratmağa nail olub. Kitabda əhatə olunan mövzular araşdırılarkən Azərbaycan, türk, rus və Avropa dillərində olan 545 elmi mənbəyə istinad edərək təhlillər aparılıb. Təqdim olunan bu fundamental əsər Türk dünyasının birgə gələcəyini təmin edəcək bu şərəfli missiyanın həyata keçirilməsinə ən layiqli töhfədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib