Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsinin 4-cü toplantısı keçirilib
Bakı, 20 yanvar, AZƏRTAC
İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinin binasında Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsinin 4-cü toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, TDT-nin baş katibi səfir Kubanıçbek Ömurəliyevin sədrliyi ilə keçirilən toplantıda TÜRKPA-nın baş katibi Mehmet Süreyya Ər, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova iştirak ediblər.
İclasda TDT dövlət başçılarının qərar və tapşırıqlarının icrası, Türk Əməkdaşlıq Təşkilatları çərçivəsində birgə fəaliyyət, 2024-cü il Fəaliyyət Planı və digər məsələlər müzakirə olunub.