Türk güləşçi üçüncü dəfə dünya çempionu olub
İstanbul, 16 sentyabr, AZƏRTAC
Türk idmançı Taha Akgül Belqradda keçirilən güləş üzrə dünya çempionatının qalibi olub.
AZƏRTAC xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan Taha Akgül finalda monqolustanlı Lkhagvagerel Munkhturu 6-2 hesabı ilə məğlub edərək karyerasında üçüncü dəfə dünya çempionu adını qazanıb.
Taha Akgül bundan əvvəl 2014-cü və 2015-ci illərdə dünya çempionu olub.
Olimpiya çempionu da olan güləşçi, həmçinin bu il Macarıstanın paytaxtı Budapeştdə keçirilən 9-cu Avropa çempionatının qalibidir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]
“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb
- 10.06.2026 [10:51]