Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk Şurasının videokonfransında COVID-19-la mübarizədə Azərbaycanda görülən çoxşaxəli tədbirlərdən danışılıb

Türk Şurasının videokonfransında COVID-19-la mübarizədə Azərbaycanda görülən çoxşaxəli tədbirlərdən danışılıb

Bakı, 8 aprel, AZƏRTAC

Türk Ticarət və Sənaye Palatasının (TCCI) təşəbbüsü ilə palatanın üzv qurumlarının, o cümlədən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbərliyinin iştirakı ilə COVID-19 pandemiyası ilə mübarizə mövzusunda videokonfrans keçirilib.

ASK-dan AZƏRTAC-a bildirilib ki, videokonfransda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevlə yanaşı, Türk Ticarət və Sənaye Palatasının və TOBB-un prezidenti Rifat Hisarcıklıoğlu, Türk Şurasının baş katibi səfir Bağdat Amreyev, Türk Ticarət və Sənaye Palatasının baş katibi Adem Kula, Qazaxıstan Respublikasının Sahibkarların Milli Palatasının (Atameken) sədri Ablay Mirzahmedov, Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının (CCIU) sədri Adham İkramov, Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatasının vitse-prezidenti xanım Rimma Apasova, Macarıstan Ticarət və Sənaye Palatasının (HCCI) Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Andreas Rev və digər rəsmi şəxslər iştirak ediblər.

Konstruktiv şəraitdə keçən videokonfrans zamanı Türk Şurasının üzv dövlətlərinin ən iri biznes qurumları COVID-19 pandemiyası ilə mübarizə sahəsində bu ölkələrdə aparılan effektiv tədbirlər barədə ayrı-ayrılıqda təqdimatla çıxış ediblər. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, COVID-19-un yayılmasının qarşısının alınması üçün Azərbaycanda həyata keçirilən çoxşaxəli tədbirlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısı həmişə olduğu kimi, bu çətin günlərdə də əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi qayğı ilə yanaşır. Prezidentin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə səfərbər olaraq ölkədə qlobal pandemiyaya qarşı mübarizə tədbirlərini gücləndiriblər.

“Eyni zamanda, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılmasını nəzərdə tutan Prezident İlham Əliyevin yeni iqtisadi-sosial paketi ilə hökumət zərərçəkən sahələrdə çalışan insanların problemlərinə diqqət yetirib. Azərbaycanda iqtisadi sabitliyin təmin edilməsinə, məşğulluqla bağlı problemlərin həllinə, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına ən azı 2,5 milyard manat ayırıb. Ölkədə 600 min işçinin, o cümlədən də fərdi sahibkarların dövlət hesabına maliyyələşdirilməsi qərara alınıb. Yəni, onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb. Bu genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, həm də həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq”, - deyə M.Musayev qeyd edib.

Daha sonra Türk Şurasnın üzv dövlətlərində palata və konfederasiyaların, ümumən özəl sektorların, xüsusilə səhiyyə sektorunun COVID-19 pandemiyası ilə mübarizədə rolu barədə məlumat verilib, hazırkı dövrdə təcrübə mübadiləsi üçün distant rəqəmsal platformlardan mütəmadi istifadənin zəruriliyi diqqətə çatdırılıb. Bildirilib ki, Türk Ticarət və Sənaye Palatasının üzvlərinin müvafiq üzv dövlətlərin əhalinin, milli iqtisadiyyatları və müəssisələrinin COVID-19 pandemiyasının yaxın və uzunmüddətli təsirlərinə hazırlamaq üzrə müvafiq hökumətlər üçün təkliflər və tövsiyələr paketinin birgə əməkdaşlıq şəraitində hazırlanması böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, üzv ölkələr arasında açıq nəqliyyat xətləri ilə ticarət əlaqələrinin fasiləsiz aparılmasının təmin edilməsi, üzv ölkələrdə qida təhlükəsizliyin davamlı təmini üçün birgə qabaqlayıcı tədbirlərin görülməsi, habelə ən çox iqtisadi təsirlərə məruz qalmış sektorların, o cümlədən, turizm, loqistika, xidmət sektorlarının, kiçik və orta sahibkarlıq subyektlərinin güclənməsi məqsədilə postpandemiya dövrü üçün tədbirlər üzrə təcrübə mübadiləsinin böyük əhəmiyyəti vurğulanıb. Bu mənada post-pandemiya dövründə Türk Şurası dövlətlərindəki biznes subyektlər üçün stabilləşmə və ixrac potensialının artırılması üçün maliyyə institutları tərəfindən dəstəyin xüsusi önəmi barədə bəhs edilib və Macarıstanda “Eximbank” tərəfindən nəinki macar iş adamlarına, eləcə də Türk Şurasının üzv dövlətlərindəki sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin mövcud olması iştirakçıların marağına səbəb olub. Bununla əlaqədar, postpandemiya dövründə Türk Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Macarıstana və Koreya Respublikasına birgə biznes səfərlərin, müvafiq forumların təşkili barədə ilkin razılıq əldə edilib.

Müzakirə olunan məsələlər sırasında Türk Ticarət və Sənaye Palatasına beynəlxalq hüquqi statusun verilməsi istiqamətində atılan addımlar və müvafiq proseslərə toxunulub.

Videokonfransın sonunda üzv təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin digər perspektiv istiqamətləri müzakirə edilib və Türk Şurasının Dövlət Başçılarının Növbədənkənar Sammitinin nəzərdə tutulması ilə bağlı, üzv təşkilatlar tərəfindən müvafiq təkliflərin formalaşdırılaraq qısa zamanda təklif edilməsinin zəruriliyi bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər