Türkiyə 8 Mart ərəfəsində 35 milyon buket ixrac edib
İstanbul, 6 mart, AZƏRTAC
Türkiyə Gül Plantasiyaları və Gül Məhsulları İxracatçıları Assosiasiyasının məlumatına görə, 8 Mart ərəfəsində bu ölkədən 35 milyon buket ixrac edilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Beynəlxalq Qadınlar günü ərəfəsində dünyanın 20 ölkəsinə 5 milyon dollar dəyərində gül göndərilib. Assosiasiyanın rəhbəri İsmayıl Yılmazın sözlərinə görə, Sevgililər günündən sonra Şərqi Avropa ölkələrindən daxil olan sifarişlərin sayı daha da artıb. O əlavə edib: “Biz 20 ölkəyə 35 milyon buket göndərmişik. Gəlirimiz isə 5 milyon dollara yaxındır. Ən çox gül sifariş edən ölkələr Ukrayna, Rumıniya və Bolqarıstandır”.
İ.Yılmaz onu da əlavə edib ki, Beynəlxalq Qadınlar günü Şərqi Avropada və keçmiş sovet respublikalarında Qərbi Avropaya nisbətən daha geniş qeyd edilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]
Almaniyanın iki hərbi gəmisi Qırmızı dənizə daxil olub
- 18.06.2026 [12:02]
Moskvaya dron hücumları nəticəsində aeroportların işində problemlər yaranıb
- 18.06.2026 [11:30]